Türkiyədə İŞİD terror təşşkilatı üzvlərinə qarşı yeni əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildirib ki, Manisa, Adana və İzmirdə eyni anda keçirilən əməliyyatla 23 şübhəli tutulub: "Onlardan 13-ü haqda həbs qətimkan tədbiri seçilib, 10-u isə ev dustaqlığına buraxılıb".
Firudin Səfərli
MİA.AZ