AQUPDK yanında Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndələrinin təşəbbüsü, Naftalan Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Kiber bullinqi tanı və qorun” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir uşaq hüquqlarının təbliğinə, onların cəmiyyətdə aktiv iştirakına və inkişafına dəstək məqsədilə təşkil edilib.
Tədbirdə Naftalan ŞİH-nin və Heydər Əliyev Mərkəzinin əməkdaşları, Uşaq Səfirlər Məclisinin yerli nümayəndələri, fəal şagirdlər iştirak edib.
Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Tədbirdə iştirakçılara ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verilib. “Uşaq Səfirlər Məclisi”-nin əsas fəaliyyəti, həyata keçirilən layihələr haqqında söhbət açılıb.
“Uşaq Səfirlər Məclisi”nin yerli nümayəndələri uşaqların hüquqlarının qorunması, məlumatlığın artırılması, ictimai həyatda fəallığının təşviqi barədə ətraflı məlumat verərək “Kiber bullinq nədir?”, “Kiber bullinq internet zorakılığı” mövzularında hazırladıqları təqdimatları iştirakçıların diqqətinə çatdırıblar.
Videomaterial nümayiş olunub, bukletlər paylanılıb.