Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəMasallı rayonu, Birinci Səmədxanlı kəndində fərdi yaşayış evindəyanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhalFHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon YanğındanMühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi180 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğıngenişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin iki otağı vəmətbəxi 70 m² sahədə, mansardın yanar konstruksiyaları 50 m² sahədəyanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.