Aviaşirkət Həbib Nurməhəmmədovla bağlı insidenti araşdırır
“Frontier Airlines” aviaşirkəti yüngül çəkidə keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Həbib Nurməhəmmədovla insidentlə bağlı araşdırmaya başlayıb.
Yeniavaz.com xəbər verir ki, Nurməhəmmədovun “X” sosial şəbəkəsindəki mesajına şirkət “Biz hadisədən xəbərdarıq və araşdırma aparırıq”, cavabını verib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov stüardessa ilə mübahisə etdiyi üçün ABŞ-yə uçan təyyarədən çıxarılıb. Hadsiəni əks etdirən kadrları sosial şəbəkələrdə “Essentially Sports” portalı yayıb.