Hüquqşünas qeyd edib ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb və vətəndaş hərbi xidmət zamanı mütləq şəkildə banka olan öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir: “Bankın həm də hüququdur ki, əgər vətəndaş tərəfindən müraciət olunarsa və ya onun hərbi xidmətdə olmasını təsdiq edən sənədlər təqdim olunarsa, bununla bağlı hüququnda seçim edə bilər. Ya kreditin ödənişini dayandıra bilər, ya da kreditin ödənişinin davam etdirilməsi barədə tələb edə bilər. Eyni zamanda kreditin təminat tədbirlərindən biri də girov, zaminlik müqaviləsinin bağlanmasıdır. Vətəndaş əgər həmin krediti ödəməni çatdıra bilmir və ödəməsi dayandırılarsa, sırf hərbi xidmətlə bağlı təxirəsalınma həyata keçirilməsi tələb olunarsa, belə olan təqdirdə bank alternativ olaraq kreditin təminatı kimi zaminlərdən ödənişləri tələb edə və ya girov əmlakının üzərinə yönləndirə bilər. Amma ölkə üzrə əgər ümumi səfərbərlik elan olunarsa, hərbi xidmətini keçmiş şəxs banka müraciət edə bilər və bank da fors-major vəziyyətləri nəzərə alaraq kreditin ödənilməsini dayandıra bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az