AZ

Kanada ABŞ ilə “ticarət müharibəsini” istisna etmir

Bakı.Trend:

Kanada hökuməti Donald Trampın hakimiyyətə gəlməsindən sonraVaşinqtonun Kanada mallarına qarşı tətbiq edə biləcəyi 25 faizlikgömrük rüsumlarına qarşı cavab tədbirlərini istisna etmir.

Trend CTVtelekanalına istinadən xəbər verir ki, bu barədə Kanada XİN rəhbəriMelani Joli deyib.

Joli ABŞ-la potensial ticarət müharibəsi zamanı Kanadanınyürüdəcəyi siyasəti müzakirə etmək üçün çərşənbə günü baş nazirCastin Trüdo və Kanada əyalətlərinin başçıları ilə görüşəcək.

Ardınca isə XİN rəhbərin Trampın komanda üzvləri vəkonqresmenlərlə danışıqlar aparmaq üçün Vaşinqtona yollanacaq.Məlumata əsasən, Trüdonun baş nazir postundan istefa verməyəhazırlaşması fonunda, Kanadanın potesial cavab tədbirləriməsələsində Joli indi daha önəmli rol oynayır.

"Onu başa düşməliyik ki – təhdid realdır və biz hərəkətsizqalmamışıq. Ona görə ölkənin bütün siyasi liderlərini bir cərgəyəgəlmə çağırıram, indi parçalanma vaxtı deyil. İndi zəiflikgöstərmək vaxtı deyil. İndi güc və birlik vaxtıdır”, - deyə XİNrəhbəri bildirib.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr