AZ

Azərbaycan millisinin sabiq hücumçusu II Liqa klubunda məşqlərə başlayıb

Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanov bu gün II Liqa təmsilçisi "Şəfa"nın heyətində məşqlərə başlayıb.

Bu barədə "Report"a 31 yaşlı oyunçu özü məlumat verib.

O, yeni komandası ilə I Liqaya vəsiqə qazanmaq istədiklərini söyləyib:

"Futbolu atmaq tezdir. Nə qədər ki, canımda güc var, oynamaq istəyirəm. İnşallah, "Şəfa" ilə yeni uğurlar əldə edib, çempion olacağıq. Hədəfimiz I Liqaya vəsiqə qazanmaqdır".

A.Yunanov Albaniyanın "Bilis" klubu ilə yollarını ayırdığını və daha əvvəl məsələ ilə bağlı FIFA-ya müraciət etdiyini deyib:

"Bu məsələyə qayıtmaq istəmirəm. Bütün işlərlə vəkilim məşğul olur. Bir-iki xırda işlər qalıb. İnşallah, yaxın vaxtda hər şey aydınlığa qovuşacaq".

Qeyd edək ki, Amil Yunanov ötən ilin sentaybrında "Bilis" klubu ilə birillik müqavilə imzalamışdı.

Seçilən
6
1
report.az

2Mənbələr