ƏDV ödəyicilərinin sayı isə 15,6 faiz artaraq 52,8 min təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.
1 yanvar 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 5,9 faiz artaraq 806,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 15,6 faiz artaraq 52,8 min təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,3 faiz artıb və 217,4 min olub.