AZ

Çinin ən böyük dövlət şirkətləri 2024-cü ildə qazanc əldə etməyib

Çinin ən böyük dövlət şirkətlərinin gəlirləri hökumətin fəal dəstəyinə baxmayaraq, yanvar-noyabr aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% azalıb.

Editor.az bu barədə Financial Times-a istinadla xəbər verir. Bildirilib ki, Çində gəlirləri 20 milyon yuandan (2,7 milyon dollar) çox olan şirkətlərin korporativ mənfəətləri yanvar-noyabr aylarında hər il orta hesabla 4,7% azalıb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə ölkədə pandemiyanın səbəb olduğu karantin zamanı azalma 4% səviyyəsində qiymətləndirilirdi. Ötən ilin 11 ayında bu şirkətlərin gəlirləri illik hesablamada cəmi 1,8% artıb. 2022-ci ildə 5,9 faiz artımdan danışırdılar.

Ötən yaz Bloomberg Çinin Huawei Technologies-in mənfəətinin dördüncü rüb ardıcıl olaraq artdığını bildirdi. Bu, texnologiya şirkətinin Çin smartfon bazarında Apple və digər rəqibləri üzərində dominantlığının nəticəsi idi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr