Təbii qaz uğrunda qlobal müharibə 2025-ci ildə başlaya bilər. Bu müharibənin başlamsını enerji çatışmazlığı ilə üzləşən Avropa təhrik edə bilər.
“İki sahil” xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb.
Avropanın bu il enerji qıtlığı yaşaması ehtimalı var. Bu o deməkdir ki, bu il bazarlarda görünəcək bütün əlavə LNG Rusiya qazındakı boşluğu doldurmağa gedəcək”, - Bank of America analitiki Fransisko Blanç bildirib. Avropanın dünyanın ən böyük istehlakçılarının məskunlaşdığı Asiya bazarına üz tutmasına səbəb ola biləcək soyuqlar qaz təchizatının qurumasına səbəb ola bilər. Bu, qiymətlərin Hindistan, Banqladeş və Misir kimi ölkələrdən idxalçıların qaz ala bilməyəcək qədər yüksəlməsinə səbəb ola bilər.