AZ

Mikayıl Cabbarovdan Dünya İqtisadi Forumunun hesabatına dair paylaşım

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında dair paylaşım edib.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında məlumat verib:
"Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar həmin hesabatda xüsusi vurğulanıb:
- iqtisadi səmərəlilik və sosial fayda;
- strateji biznes imkanları;
- dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı.
Dövlət-özəl tərəfdaşlığının inkişafı ölkəmizdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır. https://reports.weforum.org/docs/WEF_The_Global_Public_Impact_of_GovTech_2025.pdf… ".
Seçilən
10
oxu.az

1Mənbələr