AZ

Bu ölkə Rusiya gəmilərini qəbul etməkdən imtina etdi

Trend. Bakı:

ABŞ-nin yaxın günlərdə qəbul etdiyi yeni sanksiyalar siyahısınadüşmüş Rusiyanın 3 tankeri Çin limanına buraxılmır.

Trend xəbər verirki, bu barədə “Bloomberg” gəmilərin hərəkətini izləyən sisteməistinadən məlumat yayıb.

Məlumata görə, həmin tankerlər ümumilikdə ESPO markalı 2 millyonbarrel neft daşıyır. Tankerlərin üçünün də Rusiyanın uzaq şərqindəyerləşən Kozmino şəhərindən çıxdığı deyilir.

770 min barrel neft daşıyan “Huihai Pacific” gəmisi çərşənbəgünü (yanvarın 15-i) təyinat limana daxil olmalı olsa da, həftəsonukursunu dəyişib və hal-hazırda dənizin ortasında hərəkətsizqalıb.

755 min barrel neft daşıyan “Mermar” gəmisi bu həftə təyinatnöqtəsinə çatmalı olsa da, o da sahil sularının yaxınlığındagözləməkdədir. “Olia” gəmisi isə (709 min barrel neft) hazırda Sarıdənizdədir.

Qeyd edək ki, Vaşinqtonun ötən həftə qəbul etdiyi yenisanksiyalar paketi Rusiyanın neft-qaz sektoruna hədəflənib. Qarasiyahıya ümumilikdə 180-dən çox gəmi düşüb.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr