AZ

Krasnodar vilayətində kompressor stansiyasına PUA-larla hücuma cəhd edilib

Ukraynanın “Türk axını” boru kəmərini təbii qazla təmin edən Krasnodar vilayətində kompressor stansiyasına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma cəhd edilib.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Ukraynanın “Türk axını” boru xəttinin infrastrukturuna hücum cəhdi ilə bağlı məlumat verilib.
Açıqlamada Krasnodar bölgəsində bir kompressor stansiyasına 9 PUA ilə hücum cəhdinin edildiyi və hücumun məqsədinin Avropaya təbii qaz daşınmasını dayandırmaq olduğu bildirilib.

Açıqlamada bütün PUA-ların hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu və stansiyaya heç bir ziyan dəymədiyi vurğulanıb.

Açıqlamada qeyd olunub ki, kompressor stansiyasından “Türk axını”na təbii qaz nəqli normal davam edir.



Seçilən
14
trt.net.tr

1Mənbələr