Almaniya kəşfiyyatına işləyən diplomat Pakistanın paytaxtında ölü tapılıb
Alman diplomat Tomas Yurgen Bielefeld Pakistanın paytaxtı İslamadda ölü tapılıb.
Yeniavaz.com Almaniya mətbuatına istinadla xəbər verir ki, cəsəd əsasən diplomatların yaşadığı şəhərin xüsusi mühafizə olunan ərazisində aşkar edilib.
58 yaşlı diplomatın Almaniya səfirliyinin ikinci katibi olduğu müəyyən edilib. Əslində isə onun Almaniya Xarici İşlər Nazirliyində deyil, Almaniya Federal Kəşfiyyat Xidmətində işlədiyi aşkar olunub.
İki gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb. O, nə zənglərə cavab verib, nə də səfirliyə gəlib.
Cəsəd səfirlik əməkdaşları tərəfindın onun mənzilində aşkar edilib.
İlkin məlumatlara görə, ölümün səbəbi ürək problemləri ola bilər. Belə ki, o, əvvəllər infarkt keçirib.
Almaniya Federal Kəşfiyyat Xidməti baş verənlərlə bağlı şərh verməyib.