AZ

Qətərin vasitəçiliyi: Qəzzaya dair saziş hazırdır

İsrail HƏMAS ilə atəşkəs və girovların azad edilməsi barədə razılaşma əldə etmək üçün səy göstərir.

Yenisabah.az The Times of Israel-ə istinadla xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

Nazir bildirib: "Danışıqlarda müəyyən irəliləyiş var".

O əlavə edib ki, İsrail girovların dəyişdirilməsi ilə bağlı razılığa gəlmək üçün çox çalışır və qarşı tərəfin də bunu istəyib-istəmədiyi tezliklə məlum olacaq.

Eyni zamanda, Qətər İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndələrinə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və radikalların əlində olan girovların azad edilməsinə dair sazişin yekun layihəsini təhvil verib.

Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbəsinin məlumatına görə, yanvarın 12-də axşam Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani İsrail kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla danışıqlar aparıb.


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr