Molqolustan Prezidenti Uxnaaqiyn Xurelsux 20 ildən sonra Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək.
Səfərin 15-19 yanvar aralığında reallaşacağıgözlənilir.
Liderlər iki ölkə arasıdakı diplomatik əlaqələrin 55 illiyi ilə bağlı keçiriləcək tədbirə qatılacaqlar.
Ərdoğan həmkarı ilə təkbətək görüş keçirəcək, beynəlxalq və ikitərəfli məsələlər müzakirə olunacaq.
Müəllif: Teleqraf.com