AZ

2013-cü ildə Türkiyəda terror törətməkdə şübhəli bilinən şəxs Suriyada saxlanılıb

Türkiyənin kəşfiyyat xidməti və polisi Suriyada birgə əməliyyat nəticəsində Məhəmməd Dib Koralını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, o, 2013-cü ildə Türkiyənin cənubunda 53 nəfərin həlak olduğu terror aktında iştirak edib.

Qeyd edək ki, 2013-cü il mayın 11-də Reyhanlı rayonunda (Hatay vilayəti) iki partlayış baş verib, nəticədə 53 nəfər həlak olub.

Ötən ilin dekabrında Türkiyədə terror aktının digər iştirakçısı - Cengiz Sertel saxlanılıb. İstintaqın məlumatına görə, o, Reyhanlıdakı terror aktında istifadə olunan partlayıcı maddəni Suriyadan Türkiyəyə keçirib.

Seçilən
7
1
report.az

2Mənbələr