AZ

Dünyanın ən tıxaclı yolları olan şəhərlər açıqlandı

Bakı.Trend:

2024-cü ildə yolların yüklənmə səviyyəsinə görə dünya lideri 52faiz göstərici ilə Meksikanın paytaxtı Mexiko şəhəri olub. Bu odeməkdir ki, Mexiko yollarında avtomobillə təyinat nöqtəsinəhərəkət edən zaman insan norma ilə müqayisədə 52% daha çox vaxtitirir.

Trend xəbər verirki, siyahını Niderlandın naviqasiya sistemləri istehsal edən“TomTom” şirkəti dərc edib.

Avropanın ən yüklənmiş şəhərləri isə 48 faiz göstərici iləBuxarest (Rumıniya), Plovdiv (Bolqarıstan), Lodz (Polşa) olub.ABŞ-nin isə ən yüklənmiş şəhərləri Los-Anceles (43 faiz), Honolulu(34 faiz) və Mayamidir (33 faiz)

Bundan başqa, 2024-cü ildə orta hesabla tıxacda ən çox vaxtıLimadan (Peru) və Dublindən (İrlandiya) olan sürücülər keçirməliolub (155 saat). Nyu-Yorkdan olan sürücülər isə tıxaclarda 98 saatvaxt sərf edib. Bu ABŞ-nin ən yüksək göstərici hesab olunur.

Qeyd edək ki, “TomTom” dünyanın 62 ölkəsindən 500 şəhərinnəqliyyat məlumatlarını təhlil edir. Şirkətin analitikləri qeydedirlər ki, 2023-cü illə müqayisədə şəhərlərin 76 faizindənəqliyyatın orta hərəkət sürəti 2024-cü ilə müqayisədələngiyib.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr