AZ

Sətəlcəm fon der Leyeni siyasi proseslərdən uzaq qoyub

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sətəlcəmə görə xəstəxanada bir həftədən çox yatmalı idi. Lakin o, indi evdədir. Rusiya mdiasının yaydığı məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo məlumat yayıb.

Pinyo bildirib ki, fon der Leyen müayinədən sonra yanvarın 2-də xəstəxanaya yerləşdirilib. Yanvarın 10-na kimi orada müalicə alıb.

Pinyonun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri hazırda Almaniyada evində müalicəsini başa vurur və səhhəti yaxşılaşır. Bununla belə, o, fon der Leyenin işə nə vaxt qayıdacağını dəqiqləşdirməyib.

Tural

Seçilən
16
news365.az

1Mənbələr