ABŞ-ın Sakit okeanı üzərindəki hərbi aerodromları Çin tərəfindən potensial qabaqlayıcı hücuma qarşı son dərəcə zəifdir. ABŞ, döyüş təyyarələri üçün sığınacaqları gücləndirə bilməyib və bu səbəbdən onlar potensial "Tayvan müharibəsi" zamanı yüksək dəqiqliyə malik zərbələrə qarşı həssasdır."Ulusum".az xəbər verir ki, bunu Asia Times yazır."ABŞ-ın Sakit okeandakı aerodromları, Çinin uzaq məsafəli aviasiyası və raketləri üçün kritik dərəcədə zəifdir ki, bu da potensial münaqişənin başlamazdan əvvəl böyük itkilər riskini yaradır," - məqalədə deyilir.Daha əvvəl ABŞ-ın Müdafiə nazirinin müavini Ketrin Hiks bildirib ki, Vaşinqton öz silahlı qüvvələrini müasirlaşdırır və Çin üzərində hərbi üstünlük əldə etməyə çalışır. Hiksin fikrincə, ABŞ artıq "Çin Xalq Respublikası və Rusiya ilə müqayisədə bir çox sahələrdə əhəmiyyətli üstünlüyə malikdir." Eyni zamanda, nazir müavini qeyd edib ki, ABŞ Çin ilə dünya hökmranlığı üçün ideoloji mübarizə aparmır, çünki buna heç bir səbəb yoxdur.Səidə Mustafa
Diqqət Çəkənlər
Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?
Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır
Nazim Hikmət 123 yaşında: Ədəbiyyat Dahisi üçün Türkiyədə Anma Tədbirləri Keçiriləcək