Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Paşinyan Koştanı Azərbaycan - Ermənistan sülh prosesi barədə məlumatlandırıb.
Baş nazir vurğulayıb ki, ölkəsi sülh gündəliyindən kənara çıxmayacaq.
Tərəflər, həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığının hazırkı durumunu müzakirə edib.
Həmsöhbətlər gələcəkdə də dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Müəllif: Teleqraf.com