AZ

"Facebook"da Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir (FOTO)

Bakı. Trend:

Facebook sosial şəbəkəsində Heydər Əliyev BeynəlxalqAeroportunun adından saxta kampaniyalar həyata keçirilir.

Trend bu barədəElektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Belə ki, saxta səhifələr vasitəsilə hava limanında itirilmiş vəya unudulmuş baqajların 3.67 AZN-ə satıldığı barədə məlumatlarpaylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədəyerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı vədigər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşıdiqqətli olmağı, hər hansı qurum adından kampaniya tipliməlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündəndəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digərfərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Seçilən
15
16
az.trend.az

10Mənbələr