AZ

Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsait məlum olub

Bakı. Trend:

Ağdam, Füzuli və Xocavənd şəhərlərində təməlqoyma mərasimlərinintəşkili layihələri üzrə müəyyən işlərə başlanılır.

Trend-in əldəetdiyi məlumata görə, qeyd olunan şəhərlərdə sözügedən layihələrərazinin hazır vəziyyətə gətirilməsi üçün torpaq və şaquliplanlaşdırma işləri həyata keçiriləcək.

Artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidmətində hazırlıq işləriyekunlaşıb.

Qurum sözügedən işlərin icrasını “Kontur ArxitekturaLayihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib vəmüqavilə bağlayıb. Müüqaviləyə əsasən, şirkətə 29,5 min manatödənilib.

Qeyd edək ki, “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı SəhmdarCəmiyyətinə (QSC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 322 min manat olan QSC-nin qanuni təmsilçisiSadıqov Rauf Sahib oğludur.

Seçilən
15
9
az.trend.az

10Mənbələr