AZ

Şimali Koreyanın Ukraynada dəhşətli itkiləri: Kəşfiyyat açıqladı

Cənubi Koreya Ukraynada Rusiya ordusuna dəstək verən azı 300 Şimali Koreya əsgərinin həlak olduğunu iddia edib.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Kəşfiyyat Xidməti (NIS) açıqlama verib.

İddiaya görə, Ukraynada ən azı 300 Şimali Koreya əsgəri öldürülüb, 2700-ə yaxın əsgər isə yaralanıb.

Kəşfiyyat komitəsindəki rəsmilərin sözlərinə görə, Şimali Koreya müasir döyüş texnikalarını bilməməsi və əsgərlərinin uzunmənzilli dronlara atəş açmaq kimi "faydasız" hərəkətlər etməsi səbəbindən itki verib.

Seçilən
4
publika.az

1Mənbələr