İndoneziyanın Riau adaları əyalətində 4 gündür davam edən leysan yağışları torpaq sürüşməsinə səbəb olub.
News24.az xəbər verir ki, Riau adalarının Batam şəhərində baş verən sürüşmə nəticəsində çoxlu ev torpaq altında qalıb.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada sürüşmə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
Açıqlamada ən azı 5 evin dağıldığı, leysan yağışların həftə sonuna qədər təsirli olacağı qeyd edilib.
Günel Məlikzadə