AZ

Mash: Moskvada, müğənni Meladzenin qızı Sofyanın restoran və barı bağlanıb

Mash:

Müğənni Valeri Meladzenin qızı Sofyanın restoranı Moskvada, 30 milyon rubl borca görə bağlanib."Ulusum"az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.25 yaşlı Sofya Meladze 2022-ci ilin əvvəlində Moskvanın Ostojenkada Omela restoranını açmışdı. Menyuda Aralıq dənizi mətbəxi təqdim olunurdu və restoranın yanında bar da mövcud idi. Kanal qeyd edir ki, 2024-cü ildə mətbəxdə üç aşpaz dəyişdirilmişdi, lakin müəssisə gəlir əldə etməyə nail ola bilməyib.Dekabrda məlumat verilmişdi ki, Valeri Meladze Yeni il öncəsi gizli şəkildə Rusiyaya qayıdıb. Noyabr ayında isə məlum olub ki, Meladze, Yeni il bayramları öncəsi qonorarını 15,5 milyon rubla qaldıraraq, Rusiyadan çıxan ən bahalı sənətçiyə çevrilib. Bu məbləğə müğənni, dünyada istənilən yerdə rusiyalılara konsert verməyə hazırdır.Səidə Mustafa

Diqqət Çəkənlər

Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır

Nazim Hikmət 123 yaşında: Ədəbiyyat Dahisi üçün Türkiyədə Anma Tədbirləri Keçiriləcək

Seçilən
10
ulusum.az

1Mənbələr