AZ

Meksikada aclıqdan ölən uşağın anası axtarışdadır – ÖZƏL

Meksika prokurorluğu altı yaşlı oğlunun aclıqdan ölümü ilə əlaqədar olaraq rusiyalı qadını fəal şəkildə axtarır. 

Olaylar.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib və bu barədə yerli Uno TV telekanalı məlumat yayıb.

Oğlanın anası Olqa İdeleviç hüquq-mühafizə orqanlarına müraciət edərək oğlunun vəziyyətinin pis olduğunu bildirib. Lakin təcili yardım gəlməmişdən əvvəl qadın hadisə yerini tərk edib. Uşaq kritik vəziyyətdə tapılıb və Askapotsalko xəstəxanasına çatdırılıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb.

Məlumata görə, onların yaşadığı mənzildə qaz, su və elektrik enerjisi borcların ödənilməməsi səbəbilə kəsilib. Qadının sözlərinə görə, kirayə haqqını ödəməyə maddi imkanı çatmayıb. Bildirilir ki, o, eskorta xidmətləri sahəsində çalışırmış.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Ternopol şəhərində stomatoloji klinikada bir yaşlı uşağın ölümü ilə nəticələnən hadisə baş verib. Hadisə 2023-cü ildə qeydə alınsa da, yerli prokurorluq bu barədə yalnız indi istintaq başladığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr