AZ

Avropa İttifaqı Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb

Bakı, 13 yanvar, AZƏRTAC

Avropa İttifaqı müharibə ilə əlaqədar Ukraynaya və Moldovadakı ukraynalı qaçqınlar üçün əlavə olaraq 148 milyon avro humanitar yardım ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

“Bu vəsaitin 140 milyon avrosu həm Ukraynada, həm də Moldovada həyati vacib humanitar yardımı dəstəkləmək üçün nəzərdə tutulub. Bununla da, Avropa Komissiyasının Kiyevə humanitar yardımı ümumilikdə 1,1 milyard avroya çatıb”, – deyə qurumun bəyanatında bildirilir.

Maliyyə dəstəyi təcili yardım, o cümlədən qida, sığınacaq, təmiz su, səhiyyə və soyuqdan qorunmaq üçün istifadə olunacaq.

Bəyanatda vurğulanır ki, yardımın məqsədi Ukraynanın müharibədən zərər görən bölgələrində həssas əhaliyə dəstək verməkdir.

Vəsaitin digər hissəsi - 8 milyon avro isə ukraynalı qaçqınlara dəstək üçün Moldovadakı humanitar layihələrə xərclənəcək.

 

 

 

Seçilən
13
1
azertag.az

2Mənbələr