Türkiyənin 6 klubuna transfer qadağası qoyulub.
QOL.az UEFA-ın rəsmi saytına istinadən xəbər verir ki, bu klublardan biri olan "Hatayspor" Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə cəzalandırılıb.
Renat Dadaşov ötən mövsüm icarə əsasında Superliqa klubunda çıxış edib. Xəbərdə "Hatayspor"un Renatın transferində öhədliklərini yerinə yetirmədiyinə görə iki mövsümlük transfer qadağası ilə üzləşdiyi bildirilib.
Klub İdman Arbitraj Məhkəməsinə müraciət edəndən sonra müsbət cavab alınsa, transfer işində maneə qalmayacaq.
Türkiyə klublarından "Adana Demirspor" (2), "Antalyaspor" (2), "Eyüpspor" (3), "Kayserispor" (3) və "Samsunspor" (2)da transferi qadağası ilə üzləşib.
Qeyd edək ki, hazırda "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun formasını geyinib.
Qeyd edək ki, hazırda "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun heyətində 31 oyunda 6 qol vurub.