AZ

Ən effektiv imtahan üsulu: Yazılı, şifahi, yoxsa test?

Artıq semestr imtahanları başlayıb və məlumdur ki, bir çox universitetlərdə hələ də bilet üsulu ilə imtahan keçirilir.

 

Lakin maraqlıdır, biletdə olan 5 sual tələbənin bilik səviyyəsini nə dərəcədə obyektiv ölçə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlma verən təhsil üzrə mütəxəsiz Vüsal Kərimli qeyd edib ki, analitik düşünmə qabiliyyəti yüksək olan insanlar nəzəriyyələri əzbərləyənlərdən daha tez iş tapa bilirlər:

153209

V.Kərimli qeyd edib ki, universitetlərdə tələbələrin qiymətləndirilməsi müxtəlif üsullarla həyata keçirilir: test, şifah və yazılı imtahanlar:

 

"Bilet üsulunda, əgər suallar düzgün tərtib olunarsa, tələbənin biliyini obyektiv ölçmək mümkündür. Yazılı imtahan isə dünyada tələbənin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək üçün ən effektiv üsul hesab olunur. Çünki bu formada tələbənin analiz etmə və fikirlərini ifadə etmə bacarığı nəzərə alınır. Analiz etmə bacarığı zəif olan tələbənin yaxşı qiymət alma ehtimalı isə azalır.

Dünya artıq bilik əsaslı təhsildən imtina edir və daha çox təhlil və analiz etmə bacarığına malik şəxsləri ön planda tutmağa çalışır. Analitik düşünmə qabiliyyəti yüksək olan insanlar əzbərləyənlərdən daha tez iş tapırlar. Əgər tələbə mövzunu analiz edərək həll yollarını təqdim edə bilmirsə, əzbərlədiyi məlumatın əhəmiyyəti olmur".

 

Ekspertin fikrincə, bir çox universitetlərdə artıq bu yanaşma tətbiq olunur və müsbət nəticələr verir:

 

"Dünyanın aparıcı ölkələrinin təcrübəsi də göstərir ki, tələbələrin yalnız nəzəri biliklə deyil, həm də analiz etmə bacarıqları əsasında qiymətləndirilməsi müasir təhsil sistemində böyük əhəmiyyət kəsb edir".

Seçilən
13
azedu.az

1Mənbələr