AZ

"Qazprom" mərkəzi ofis işçilərinin 40%-ni ixtisar etməyə hazırlaşır

Rusiya şirkəti “Qazprom” (Газпроме və ya Gazprom) mərkəzi ofis işçilərinin təxminən 40%-ni ixtisar etmək imkanını öyrənir.

Marja.az xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov məlumat verib.

O, kadr dəyişikliklərinin təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl, yanvarın 13-də Leninqrad vilayətindən olan “47news” internet nəşri “Qazprom”un idarə heyətinin sədr müavini Yelena İlyuxinanın holdinqin rəhbəri Aleksey Millerə dekabrın 23-də yazdığı rəsmi məktubu dərc edib. Sənəd mərkəzi aparatın işçilərinin sayının 4100 nəfərdən 2500 nəfərə qədər azaldılması imkanlarına baxmağı təklif edir. Sənəddə deyilir ki, bütün bu insanların ümumi əmək haqqı fondu illik 50 milyard rubl təşkil edir.

2023-cü ilin sonunda “Qazprom” son 25 ildə ilk dəfə olaraq Beynəlxalq Maliyyə Hesabatları Standartı üzrə 629,1 milyard rubl məbləğində xalis zərər edib. Şirkət 2022-ci ildə 1,23 trilyon rubl mənfəət əldə etmişdi. 

2024-cü ilin doqquz ayı üzrə "Qazprom"un xalis mənfəəti 989,9 milyard rubl təşkil edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Seçilən
33
marja.az

1Mənbələr