1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yaponiyanın Kyusyu adası yaxınlığında 6,9 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, təkanlar Osakada hiss edilib.
Təbii fəlakətlə əlaqədar Yaponiyada Kyusyu, Sikoku, Amami adaları və Honsyu adasının bir sıra rayonları üçün sunami təhlükəsi barədə xəbərdarlıq elan edilib.
Hələ ki dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.