Danimarka hakimiyyəti ABŞ-nin Arktikanı öz təhlükəsizliyi üçün vacib saydığını qəbul edir, buna görə də Kopenhagen Vaşinqtonla bu mövzuda dialoq aparmağa hazırdır.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Rasmussen mətbuat konfransında deyib.
"Biz razıyıq ki, amerikalıların qonşu olduğumuz Arktikadakı təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıq üçün konkret səbəbləri var. Buna görə də biz Qrenlandiya ilə sıx əməkdaşlıq çərçivəsində ABŞ-nin gələcək administrasiyası ilə danışıqları davam etdirməyə hazırıq", - nazir vurğulayıb.
Qrenlandiyada artıq ABŞ-nin hərbi bazası var. Ada Arktikanın təhlükəsizliyinin təmin edilməsində mərkəzi halqa, regionun suları vasitəsilə dəniz yolları üçün başlanğıc nöqtəsi və s. hesab olunur. Adada qrafit, mis, sink, qızıl, almaz və başqa təbii ehtiyatlar var, adada geoloji kəşfiyyat işləri tam həcmdə aparılmayıb.