AZ

“Hatayspor”a transfer qadağası qoyuldu - Renat Dadaşova görə

Türkiyənin “Hatayspor” klubu Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşova görə transfer qadağası ilə üzləşib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə Super Liqa klubunun Renat Dadaşov dosyesinə görə iki transfer dönəmində yeni oyunçu ala bilməyəcəyi vurğulanıb. Amma klub İdman Arbitraj Məhkəməsinə müraciət etsə, veriləcək qərardan asılı olaraq, transferlərə yol açılacaq.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib. O, Hatay təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 6 qol vurub.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 34 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
12
arena.az

1Mənbələr