Avstraliyada təbiət qoruğunda uçan yüngül mühərrikli təyyarə timsahlarla dolu gölə düşüb. Bu barədə yerli NEWS.com.au nəşri məlumat yayıb.
Qeyd edilib ki, hadisə yanvarın 12-də Darvin şəhərindən 67 km aralıda baş verib. "Yerli vaxtla təxminən saat 10:20-də hüquq-mühafizə orqanları Fogg Dam Təbiət Qoruğunun ərazisində təyyarənin qəzaya uğraması barədə məlumat alıb, bundan sonra polis əməkdaşları hadisə yerinə gediblər", - nəşr yazıb.
Jurnalistlərin məlumatına görə, təyyarənin göyərtəsində iki nəfər olub. Bunlar 63 yaşlı pilot və 29 yaşlı qadın sərnişin imiş. Kişini xilas etmək mümkün olmayıb. Lakin qadın müayinə üçün vertolyotla Kral Darvin Xəstəxanasına aparılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və digər təfərrüatları müəyyənləşdirirlər.
Tural