AZ

Rusiyada hərbi hospitalda yanğın baş verib – Video


Rusiyanın Tula şəhərində hərbi hospitalda yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tula.Hadisələr” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospital Hərbi Hava Qüvvələrinin 39-cu Əlahiddə Tibb Dəstəsinə məxsus olub.
Yanğın binanın üçüncü mərtəbəsində baş verib. Yanğın ilkin olaraq köməkçi otaqda başlayıb. 
“Tula Jest” teleqram kanalının məlumatına görə, artıq yanğınsöndürənlər hadisə yerinə gəlib və yanğını söndürməyə başlayıblar.
İlkin məlumatlara görə, yanğın elektrik naqillərində nasazlıq səbəbindən baş verib. Tula vilayəti hökumətinin məlumatına görə, xilasedicilər hazırda binadan 57 nəfəri təxliyə ediblər.
“Baza” teleqram kanalının məlumatına görə, yanğın min kvadratmetr ərazini əhatə edib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə hadisə yerindən görüntülər yayılıb.
Qeyd edək ki, yanğının baş verdiyi bina tarixidir. 1870-ci ildən Tulada ilk qızlar gimnaziyası bu binada yerləşib. Böyük Vətən Müharibəsi illərində burada xəstəxana yaradılıb.
Seçilən
19
32
yeniavaz.com

10Mənbələr