AZ

Ötən il dünya bazarında smartfon satışları dörd faiz artıb

Bakı, 13 yanvar, AZƏRTAC

Dünya bazarında smartfon satışları ardıcıl olaraq ikiillik geriləmədən sonra 2024-cü ildə dörd faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Counterpoint Research” kompaniyasının ilkin araşdırmasında yer alıb.

İllik satışını bir faiz artırmağa müvəffəq olan “Samsung” süni intellektlə çalışan “Galaxy S24” smartfonlarına güclü tələbat sayəsində bazarda liderliyini davam etdirir. “Apple” isə 2023-cü ildə qeydə alınan satış həcmindən iki faiz aşağı göstərici ilə siyahıda ikinci yeri tutub.

Aparıcı mövqelərini qoruyub saxlamasına baxmayaraq, “Samsung” və “Apple” kompaniyalarının hər biri qlobal bazarın bir faizini itirib və onların səhmləri müvafiq olaraq 19 faiz və 18 faizədək ucuzlaşıb.

Tədarük həcmini 12 faiz artıran və bazar payını 13 faizdən 14 faizə yüksəldən Çinin “Xiaomi” kompaniyası siyahıda üçüncü yerə qalxıb.

Seçilən
21
1
azertag.az

2Mənbələr