Azərbaycanın güləş hakimləri Eldar Məmmədov, Kamran Baxışov və Qədim Qurbanovun beynəlxalq dərəcəsi yüksəlib.
Arena.az xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləyib.
Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib. Belə ki, Eldar Məmmədov və Kamran Baxışov 3-cü dərəcədən 2-ci dərəcəyə yüksəlib. Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək 3-cü dərəcəyə sahib çıxıb.
Xatırladaq ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.