AZ

Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi var


Yaponiyanın üçüncü ən böyük adası olan Kyuşu adasının cənubundakı Miyazaki prefekturasında 6,9 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, seysmik xidmət kimi fəaliyyət göstərən Milli Meteorologiya İdarəsi sunami təhlükəsinin elan edildiyini bildirib.
Dalğanın hündürlüyü 1 metr olub. Dalğa artıq sahilə çatıb. Dağıntılar qeydə alınmayıb.
Zəlzələnin mənbəyi Kyuşu adasının cənub-şərq sahillərindən 30 km dərinlikdə yerləşib.
Səlahiyyətlilər yerli sakinləri dərhal sahil zolağından uzaqlaşmağa çağırıb.
Yerli enerji şirkətinin məlumatına görə, zəlzələ zonasında yerləşən Sendai AES-də heç bir problem aşkar edilməyib.
Öz növbəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasının 6,7 bal olduğunu bildirib. Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 3 mindən çox əhalisi olan Miyazaki şəhərindən (Kyuşu adası) 10 km şərqdə yerləşib.
Zəlzələnin mənbəyi 37 km dərinlikdə yerləşib.
Seçilən
9
yeniavaz.com

1Mənbələr