AZ

Türk klubu futbolçumuza görə sanksiyaya məruz qaldı

Türkiyənin 6 klubuna FİFA trəfindən transfer qadağası qoyulub.

Yenisabah.az xəbər verir ki, bu klublardan biri olan "Hatayspor" Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə cəzalandırılıb.

O, ötən mövsüm icarə əsasında Superliqa klubunda çıxış edib. "Hatayspor" Renatın transferində öhdəliklərini yerinə yetirmədiyinə görə 2 mövsümlük transfer qadağası ilə üzləşib.

Klub İdman Arbitraj Məhkəməsinə müraciət edəndən sonra müsbət cavab alınsa, transfer işində maneə qalmayacaq.

Türkiyə klublarından "Adana Demirspor" (2), "Antalyaspor" (2), "Eyüpspor" (3), "Kayserispor" (3) və "Samsunspor" (2) da transferi qadağası ilə üzləşib.


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr