Qarabağdan Ermənistanın Tavuş vilayətinə köçmüş 2970 nəfər ermənidən hazırda 1920 nəfəri qalıb.
Hafta.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, bunu jurnalist Oskan Sarkisyan yazıb.
“Mən Tavuş vilayət rəhbəriiyindən öyrəndim ki, 2023-cü ilin payızında Qarabağdan mühacirət edənlərdən həmin vilayətdə 2970 nəfər (780 ailə) məskunlaşıb. Tavuş qubernatoru Hayk Qalumyandan hazırda vilayətdə yaşayan Qarabağ sakinlərinin sayı barədə soruşdum. O, cavab verdi:
“8 yanvar 2025-ci il tarixinə Ermənistan Respublikasının Tavuş vilayətində Qarabağdan köçkün düşmüş 564 ailə (1920 nəfər) qalıb”.
Yəni belə çıxır ki, ötən müddətdə Tavuşu 216 ailə, yaxud 1050 nəfər tərk edib. Bunlar çox narahatedici rəqəmlərdir”, - deyə erməni jurnalist həyəcanla bildirib.
Qeyd edək ki, Ermənistanın Tavuş vilayəti Azərbaycanın Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonları ilə həmsərhəddir.