Qəzza zolağında münaqişənin nizamlanması üzrə Dohada keçirilən danışıqlarda irəliləyiş əldə olunub.
Editor.az bildirir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən xəbər verir. Qətərin paytaxtında İsrail nümayəndə heyəti ilə girovların azad edilməsi müqabilində nizamlanma üzrə danışıqlar bazar günü yenidən başlayıb.
Agentlik yazır ki, sıçrayış bir gecədə İsrail kəşfiyyatının rəhbəri, ABŞ-ın yeni seçilmiş prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi ilə Qətərin baş naziri arasında görüşdən sonra əldə edilib.
Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və girovların mübadiləsinə dair saziş layihəsinin Təl-Əvivə və Fələstinin HƏMAS hərəkatına göndərildiyi vurğulanır.
//Samir Qurbanov, Editor.az