Yanvarın 12-də dərc edilən sorğunun nəticələri göstərir ki, Fransa liderinin reytinqi 2024-cü ilin noyabrı ilə müqayisədə iki pillə azalaraq 21%-ə düşüb. Beləliklə, Makronun bəyənmə reytinqi ən aşağı nöqtəyə çatıb. Məlumata görə, Makronun bəyənmə reytinqi 12 bal aşağı düşüb.
Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Makronun Fransaya prezidentliyi dövründə beynəlxalq münasibətlər sistemində Fransanın nüfuzu, yeri və rolu kiçilməyə başlayıb:
“Bu gün təkcə dünyada deyil, eləcə də Avropanın özündə də Makron Fransanı ən təsirsiz aktorlardan birinə çevrilib. Makronun hakimiyyəti dövründə Fransanın daxilində də Fransa dövlətinin nüfuzu vətəndaşlarının nəzərində kiçilməyə başlayıbdır. Çünki Makron Fransası Fransanın sosial dövlət mahiyyətini azaltdı, Fransa iqtisadiyyatını kiçiltdi və ölkədə olan vətəndaşları müxtəlif əlamətlərinə görə qütbləşdirdi. Beləliklə, vətəndaş narazılığı və xaos yarandı. Ona görə də bunları kompensasiya edəcək hər hansı bir yeni vasitə tapa bilmədiklərinə görə Fransada hökumət böhranı yarandı. Fransa dövlətçiliyinin 3-cü Respublika tarixində ilk dəfədir ki, Fransa 3 il ərzində 4 hökumət dəyişməli oldu”.
Deputat əlavə edib ki, Fransada baş verənlər demokratik hadisə deyil, uğursuz hadisədir:
“Ənənələrə sahib olan dövlət hökumət qurmağı bacarmırsa, bu özlüyündə çox mənfi göstəricidir. İmperiya kimi Fransanın dəniz ötəsi coğrafiyalarda təsiri azalıb. Bu, Afrika ölkələrində Fransanın tamamilə kolonializminin dağılması kimi xarakterizə olundu. Orta Afrika ölkələrindən Fransa öz hərbi bazalarını çıxartmağa məcbur qaldı. Ən son isə bir neçə gün bundan əvvəl Çad Respublikasında olan sonuncu fransız əsgərlərləi də Afrikanı tərk etmək məcburiyyətində qaldı. Suriyada PKK terroristlərinə dəstək verən, onlar üçün tunellər inşa edən Fransa bir həftəlik əməliyyatdan sonra Suriyanı da tərk etməli oldu. Fransanın postsovet məkanına təsir imkanları Azərbaycan sayəsində çökdü. Makron demokratik siyasətçi olsaydı, istefa verərdi. Makron rejim siyasətçisidir və diktatorluğa da meyillidir. Ona görə də belə bir addım atmayacaq”.
Leyla
Demokrat.az
10Mənbələr
-
hurriyyet.az“Azərbaycanda Stalin ölməyib, hələ diridir” - SABİQ MİLLƏT VƏKİLİ ( 15086713)
-
azedu.azSemestr imtahanlarından sonra tətil müddəti uzaldılmalıdır? - AÇIQLAMA ( 15085327)
-
demokrat.azNəsiminin Şamaxıdan Hələbə aparan səbəblər etnik bənzərliyimizdir — Millət vəkili ( 15069145)
-
demokrat.az“Rusiyanın müəyyən dairələri bu münasibətlərə xələl gətirməyə çalışır”—Millət vəkilindən “suyu bulandıranlara”CAVAB ( 15063005)
-
xezerxeber.azQəzalı vəziyyətdə olan, plana düşən binalar nə vaxt söküləcək? - Proses niyə yubanır? VİDEO ( 15050513)
-
show.azBakirəliyini bərpa etdirib ərə gedən qızın yalanı belə ortaya çıxdı - Azərbaycanda rəzalət ( 15046625)
-
oxu24.com"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO ( 15030489)
-
moderator.azRusiyanın Ermənistanı cəzalandırması kimin marağına uyğundur? ( 15028723)
-
manset.az"Keşlə bazarı"nın yeni məkanından VİDEO ( 15027437)
-
day.az"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO ( 15026407)