İtaliyanın "Atalanta" klubu "Nyukasl"ın yay üçün əsas hədəfi olan "Everton"un hücumçusu Dominik Kalvert-Lyuini yanvarda transfer etmək istəyir.
Fanat.Az xəbər məlumatı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, Atalanta təmsilçiləri 27 yaşlı ingilis futbolçunun transfer imkanlarını müzakirə etmək üçün Liverpula gediblər.
Futbolçunun Mersisayd klubu ilə hazırkı müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. "Nyukasl" yayda onun azad agent kimi əldə etmək isləyir. Berqamsklılar mübarizədən qalib ayrılmaq üçün "Everton"a müəyyən məbləğ təklif etməli olacaqlar.
Dominik Kalvert-Lyuin bu mövsüm bütün yarışlarda "Everton"un heyətində 19 matça çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 22 milyon avro qiymətləndirir.
Mirağa