AZ

Ölkəmizin inkişaf yolunda qətiyyətli addımlar atılır

Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə uzaqgörən siyasətinin, Azərbaycanın iqtisadi və siyasi sahədə mövqeyinin daha da güclənməsinə xidmət edən strateji planlarının növbəti nümayişi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin iqtisadi inkişafı, regional əhəmiyyətli layihələr və strateji istiqamətlər barədə dərin məqamlarla zəngin olub. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf yolundan danışaraq, həyata keçirilən islahatların və şəffaflığın artırılması istiqamətində atılan addımların önəmini vurğulayıb. Bu islahatların nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyi daha da möhkəmlənmişdir.
Prezident, həmçinin, Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən bəhs edərək, bu dəhlizin bölgənin nəqliyyat infrastrukturuna mühüm töhfə verəcəyini və regional əməkdaşlığın güclənməsinə səbəb olacağını qeyd edib. O, Ermənistanın bu layihəyə mane olmaq cəhdlərinin əbəs olduğunu və Zəngəzur dəhlizinin açılmasının qaçılmaz bir reallıq olduğunu vurğulayıb.
Bu müsahibə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, Azərbaycanın iqtisadi və siyasi sahədə mövqeyinin daha da güclənməsinə xidmət edən strateji planlarının növbəti nümayişi olmuşdur. Prezidentimiz bir daha ölkəmizin inkişaf yolunda qətiyyətli addımlar atmaqda davam etdiyini, milli maraqlarımızı müdafiə etməklə yanaşı, regional sabitlik və əməkdaşlığın təmin olunmasına töhfə verdiyini göstərmişdir.
 Ülviyyə Həmzəyeva 
Millət vəkili 
Seçilən
33
xalq.az

1Mənbələr