AZ

Aİ Ermənistana 10 milyon avro yardım ayırmağa qərar verib

Avropa İttifaqı (Aİ) vizaların alınması prosesinin sadələşdirilməsi ilə bağlı Yerəvanla dialoqa başlamaq qərarına gəlib və Avropa Sülh Fondu Ermənistana yardım üçün 10 milyon avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının (AK) brifinqində Aİ nümayəndəsi Anouar Əl-Anouni məlumat verib.

O qeyd edib ki, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər heç vaxt indiki qədər yaxın olmayıb. Əl-Anuninin sözlərinə görə, Aİ vizaların alınması prosesinin sadələşdirilməsi ilə bağlı dialoqa başlamaq qərarına gəlib.

“Avropa Sülh Fondu 10 milyon avro yardım göstərəcək. Biz Ermənistana Dayanıqlılıq və İnkişaf planı çərçivəsində maliyyə yardımımızı da artırmışıq”, - Aİ nümayəndəsi bildirib.

Seçilən
4
1
aznews.az

2Mənbələr