Bu il ali təhsil müəssisələrinə qəbul planı artırılacaq. Artıq bununla bağlı ilkin rəqəmlər də açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, 2025-ci ilin qəbul planına uyğun olaraq ali təhsil müəssisələrinə 75 mindən çox tələbənin qəbulu planlaşdırılır. Qəbul planının artırılmasının isə bir neçə səbəbi var.
Təhsil eksperti Rizvan Fikrətoğulunun sözlərinə görə, plan yerlərinin artırılmasının bir başqa üstünlüyü isə yeni yaradılan ixtisaslara və universitetlərə daha çox tələbə qəbulunun aparılmasıdır.
Ekspertin fikrincə, plan yerləri təkcə paytaxtı əhatə etməməlidir. Bu bölgüdə regionlar da fərqlənməlidir.
Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may - iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel - may aylarında aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi isə aprelin 6-da baş tutacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.