Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen pnevmaniyadan sağalıb və gələn həftədən etibarən vəzifələrini icra edəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu AK-nın rəsmi nümayəndəsi Paula Pinyu brifinqdə bildirib.
"O, Hannoverdəki evindədir və bu həftə kollegiyaya sədrlik etməyəcək. Lyayen Avropa Komissiyası sədrinin icraçı müavini Teresa Ribera Rodrigesdən onu əvəzləməsini xahiş edib və həftə sonundan etibarən səlahiyyətlərini bərpa etməlidir", - o qeyd edib.
Fon der Lyayenin təxminən bir həftə xəstəxanada oldub.
Müəllif: Teleqraf.com