AZ

Xəzər dənizinin Bilgəh sahilində suiti və quş cəsədləri aşkarlanıb VİDEO

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində suiti və quş cəsədləri aşkarlanıb.

Onların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən nümunələr götürülüb. Bunu "Xəzər Xəbər"ə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib.

Bildirilib ki, ilkin baxış zamanı cəsədlərin təzə olmadığı müəyyənləşib.

Qeyd olunub ki, 7-10 gün ərazində analizlərin cavabları müəyyənləşəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Seçilən
9
xezerxeber.az

1Mənbələr