"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş növbəti qolunu vuraraq klubun bombardirləri siyahısında irəliləyib.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, ötən gün İngiltərə Kubokunda "Arsenal"la oyunda (1:1, penaltilərlə - 5:3) fərqlənən portuqaliyalı mankunianların heyətində 86-cı qolunu vurub.
Beləliklə, o, “Mançester Yunayted”in heyətində 85 dəfə fərqlənən Devid Bekhemi qabaqlayıb.
Fernandeşin növbəti hədəfi Antoni Marsiala (90) çatmaqdır. O, "Mançester Yunayted"in bombardirləri siyahısında 21-ci yeri tutur.
Qollara görə klub rekordu Ueyn Runiyə məxsusdur - 253.
Mirağa